Siyəzən şəhər stadionunda "Heydər Əliyev İli"nə həsr olunmuş minifutbol üzrə Siyəzən rayon çempionatının final oyunu keçirilib.

Rekord.az xəbər verir ki, final görüşündə Dağ quşçu komandası Eynibulaq City komandası üzərində 2:1 hesabı ilə qələbə çalaraq rayon çempionatının qalibi olmuşdur.

Beləliklə çempionatın nəticəsinə əsasən Dağ quşçu komandası I yeri, Eynibulaq City komandası II yeri tutmuşdur.

Qeyd edək ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 17 – 31 iyul 2023-cü il tarixlərdə şəhər stadionunda gənclər arasında minifutbol üzrə rayon çempionatı keçirilmişdir. Minifutbol üzrə rayon çempionatı Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının gənclər arasında təbliği, “Bədən tərbiyəsi və İdman haqqında” Azərbaycan Respublikası qanununun müvafiq maddələrinin həyata keçirilməsi, minifutbol idman növünün rayonda inkişaf etdirilməsi, idmanın bu növünə marağın artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği, idman yarışlarınn kütləviliyinin təmin edilməsi, perspektivli idmançıların aşkara çıxarılması və gənclərin asudə vaxtının səmərəli təşkil olunması məqsədi daşımışdır.

Çempionatda 16 komanda 4 qrupda mübarizə aparmışdır. Komandalar arasında ümumilikdə 31 oyun keçirilmişdir. Çempionatda komandaların tərkibində 176 nəfər gənc iştirak etmişdir.

“Heydər Əliyev İli”nə həsr olunmuş minifutbol üzrə rayon çempionatının təltif olunma mərasimində I və II yerləri tutmuş komandalar təşkilatçılar tərəfindən kubok, medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.