"Heydər Əliyev İli"nə həsr olunmuş Tələbə-Sağlamlıq Spartakiadası davam edir
- 15 Apr 2023 11:15
- 311
Azərbaycan Respublikasının qurucusu və memarı, xalqın xilaskarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Tələbə sağlamlıq spartakiadası” nın müvafiq mərhələsi üzrə İdman yarışı növbəti həftədə qızlar arasında basketbol idman növü üzrə universitetlər, kolleclər, peşə məktəbləri və peşə liseyləri arasında keçirilmiş və 74 nəfər tələbə iştirak etmişdir.
Rekord.az xəbər verir ki, “Tələbə sağlamlıq spartakiadası” 7 idman növündən (voleybol, şahmat, dama, stolüstü tennis, basketbol, futbol, atletika) olmaqla may ayına kimi davam edəcək.