Naxıvan MR-nın Kəngərli rayon Yurdçu kənd tam orta məktəbinin idman zalında ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında "Heydər Əliyev İli"nə həsr olunmuş voleybol üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışa 8 komanda qatılıb.

İlk üç yerə sahib çıxan komandaların üzvlərinə diplom təqdim edilib.

 

Nəticələr:

1-ci yer: Çalxanqala kənd tam orta məktəbi

2-ci yer: Qarabağlar kənd tam orta məktəbi

3-cü yer: Şaxtaxtı kənd tam orta məktəbi