“Heydər Əliyev kuboku-2024”: 7 boksçumuz finalda
- 17 May 2024 15:45
- 278
Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev kuboku-2024” beynəlxalq turnirində 1/4 final mərhələsinin görüşləri başa çatıb.
Rekord.az xəbər verir ki, yarışın dördüncü günündə son 2 çəki dərəcəsində də yarımfinalçılar müəyyənləşib.
Həmçinin, 3 çəkidə 1/2 final görüşləri baş tutub. Döyüşlərin nəticəsinə əsasən Azərbaycan millisinin daha 3 boksçusu yarımfinala, 7 idmançısı isə finala vəsiqə əldə edib.
Boks Mərkəzində keçirilən ənənəvi turnirin beşinci günündə 18 görüş keçiriləcək.
1/4 final
60 kq
Vüsal Xəlilov (Azərbaycan) – Elgün Abbaslı (Azərbaycan) – 5:0
Haqverdi Həsənov (Azərbaycan) – Turqay Rəhimli (Azərbaycan) – 2:3
İslam Tağıyev (Azərbaycan) – Yerdavlet Şomekey (Qazaxıstan) – 1:4
Akaki Basaria (Gürcüstan) – İslam Yermuhambet (Qazaxıstan) – 4:1
63 kq
Kənan Aslanlı (Azərbaycan) – Zəkəriyyə Rəhimov (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib
Tamerlan Məmmədov (Azərbaycan) – Matvey Mikulski (Belarus) – 1:4
Tahir Rəsulzadə (Azərbaycan) – Bibaris Aşırbay (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib
Nika Beriya (Gürcüstan) – Sultan Satbay (Qazaxıstan) – 5:0
1/2 final
52 kq
Bağır Əmirxanlı (Azərbaycan) – Raul Heydərli (Azərbaycan) – 5:0
Temirxan Jolmaxan (Qazaxıstan) – Əli Baxışov (Azərbaycan) – 0:5
54 kq
Nurmuhammed Aldabergin (Qazaxıstan) – Sübhan Babayev (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib
Giorgi Kilasonia (Gürcüstan) – Umar Madiminov (Qırğızıstan) – 5:0
66 kq
Luka Mazanaşvili (Gürcüstan) – Adil Zalov (Azərbaycan) – 0:4
Valeh Eyvazlı (Azərbaycan) – Raul Əsədullayev (Azərbaycan) – 4:1
+ 80 kq
Məhəmməd Cəfərov (Azərbaycan) – Daniil Koşnev (Belarus) – 3:2
Vladislav Samojonov (Qazaxıstan) – Səftər Məmmədzadə (Azərbaycan) – 0:5
Qeyd edək ki, turnirə mayın 18-də yekun vurulacaq.