Kosovonun Priştina şəhərində keçirilən cüdo üzrə Açıq Avropa çempionatında kişilər arasında -73 kq. çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Hidayət Heydərov bürünc medal əldə edib.

Rekord.az bu barədə Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir.

Hidayət Heydərov üçüncü yer uğrunda mübarizədə gürcüstanlı rəqibi Laşa Şavdatuaşvili üzərində qələbə qazanaraq bürünc medala sahib olub.