Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasıl tərəfindən “İlin kişi cüdoçusu” adına layiq görülüb.


Rekord.az xəbər verir ki, Heydərov bununla bağlı düşüncələrini bölüşüb.


O, federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:


“Hər kəsi salamlayıram. Bu  mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm. Bu mükafat təkcə mənim deyil, bütün Azərbaycan xalqının mükafatıdır. Mənim arxamda böyük bir komanda durur. Azərbaycan Cüdo Federasiyasına, ailəmə, sevənlərimə təşəkkür edirəm”.


Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman isə Beynəlxalq Cüdo Federasiyası tərəfindən "Ən yaxşı kişi komanda məşqçisi" adına layiq görülüb. O, bunları söyləyib:


“Möhtəşəm komandamıza dərin təşəkkürümü bildirirəm! Belə əzmkar atletlər, peşəkar məşqçilər və inanılmaz bir komanda ilə çalışmaq mənim üçün böyük şərəf idi. Mən tək yox, biz hamımız birlikdə tarix yazdıq. Hər birinizə minnətdaram!”