Beynəlxalq İdman Tədqiqatları Mərkəzi (CIES) Avropanın ən böyük 5 çempionatında hazırkı heyətin formalaşmasına ən çox pul xərcləyən klubların reytinqini təqdim edib.

Rekord.az xəbər verir ki, siyahının ilk pilləsində  transferlərə 1.08 milyard avro xərcləyən "Mançester Siti" qərarlaşıb. "Mançester Yunayted" 2-ci (1.023 milyard avro),  PSJ 3-cü (939 milyon avro) pillədə qərarlaşıb.

CİES-in versiyasına görə, hazırkı heyət üçün ən çox pul xərcləyən 10 klub

1. "Mançester Siti" (1.017 milyard avro, bonuslar istisna olmaqla 1.08 milyard avro)

2. "Mançester Yunayted" (1.023 milyard, bonuslar istisna olmaqla  866 milyon)

3. PSJ (939 milyon, bonuslar istisna olmaqla 845 milyon)

4. "Real" (787 milyon, bonuslar istisna olmaqla  715 milyon)

5. "Çelsi" (780 milyon, bonuslar istisna olmaqla 736 milyon)

6. "Liverpul" (672 milyon, bonuslar istisna olmaqla - 586 milyon)

7. "Yuventus" (657 milyon, bonuslar istisna olmaqla  573 milyon)

8. "Arsenal" (630 milyon, bonuslar istisna olmaqla -579 milyon)

9. "Barselona" (578 milyon, bonuslar istisna olmaqla 445 milyon)

10. "Tottenhem" (551 milyon, bonuslar istisna olmaqla  477 milyon)