Niderlandlı mütəxəssis Qus Hiddink məşqçi karyerasını bitirib.

Rekord.az xəbər verir ki, bu barədə 74 yaşlı mütəxəssis “Voetball İnternational” nəşrinə açıqlamasında deyib:

“Koronavirusa yoluxduğum üçün son vaxtlar işləyə bilmədim. Kurasao Futbol Federasiyasının prezidenti ilə danışdım və mənim bir müddət qalmağımı istədi. Karyeramı bitirmək qərarını vermişəm. Yenidən məşqçiliyə qayıdacam? Xeyr”.

Hiddink 2020-ci ilin sentyabrından Kurasao yığmasını çalışdırırdı. Niderlandlı mütəxəssis daha əvvəl “Real”, “Çelsi”, “Fənərbaxça”, “Valensiya” kimi klublarda və Rusiya, Türkiyə, Niderland, Avstraliya kimi yığma komandalarda baş məşqçi işləyib.