Hiqler səhvini etiraf edib, üzr istədi
- 13 Okt 2019 23:46
- 816
Futbol üzrə Macarıstan və Azərbaycan yığmaları arasında AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş oyunun baş hakimi Dennis Hiqler səhvini etiraf edib.
Rekord.az “Report”a istinadən xəbər verir ki, hollandiyalı referi Azərbaycan millisinin təmiz qolunu saymadığı üçün üzr istəyib.
O, qarşılaşmanın ardından mübahisəli epizodun videosuna baxdıqdan sonra baş məşqçi Nikola Yurçeviçə yaxınlaşıb. Hiqler Bəhlul Mustafazadənin qolunu saymamaqla səhvə yol verdiyini boynuna alıb və üzrxahlığını çatdırıb.
Qeyd edək ki, görüş Macarıstan yığmasının qələbəsi ilə yekunlaşıb - 1:0.