Hitleri qəzəbləndirən, fransız və rus idmançıları peşman edən “Borçalı şiri” DOSYE
- 01 İyl 2020 15:00
- 965
1934-cü ildə Alman dövlət başçısı Adolf Hitlerə ölkənin ən güclü güləşçisi Rudofl Albertin məğlub olması haqqında məruzə ediləndə fürrer çox qəzəblənmişdi. Alman güləşçinin belini yerə vuran isə azərbaycanlı Rəşid Yusifov idi. Sadəcə o dövrdə faşizmin daxili mahiyyəti üzə çıxmadığı üçün bu hadisəyə idman prizmasından yanaşılırdı.
Yusifov buna qədər əslində türkiyəli pəhlivan Qara Yusifi, habelə ABŞ-ın bir nömrəli güləşçisi Çembers Sipss və Frenk Qudu da məğlub etməyi bacarmışdı. II Dünya Müharibəsi başlayana qədər Rəşid Pəhlivan SSRİ məkanında ən güclü güləşçisi sayılırdı.
Rekord.az teleqraf.com-a istindən bu məşhur güləşçi haqqında dosyeni təqdim edir.
Rəşid Yusifov 1900-cü ildə Borçalı mahalının Gorarxı kəndində doğulub, uşaqlıq illəri əsasən Borçalı, Tiflis və Bakıda keçib. 1910-1912-ci illərdə Gorarxı kəndində fəaliyyət göstərən dini məktəbdə təhsil alıb. 15 yaşında ikən Rəşid Yusifovun yalın əllə canavar boğduğu indi də Borçalıda misal kimi çəkilir. Sonradan Yusifovun ailəsi Tiflisin Şeytanbazar məhəlləsində məskunlaşıb. Rəşid 1914-1915-ci illərdə təhsilini Tiflisdə davam etdirib.
1915-ci ildən etibarən Rəşid Yusifov Tiflisdə müxtəlif sirklərdə pənləvan kimi çıxış etməyə başlayıb, 1916-cı ildə sirk səhnəsi zamanı Rəşid gürcü pəhləvanı Pavliyaşvilini məğlub edib. Onun parlaması da bu andan başlayıb. Yusifova diqqət göstərən məşhur gürcü güləş ustası Maysuradze onu öz məşqlərinə dəvət edir.
1916-1917 ci illərdə Rəşid Yusifov təcrübəli güləşçilər Maysuradze və Yemelyanovun tələbəsi olur. Daha sonra Rəşid Yusifovun məşqlərinə güləş üzrə dünya çempionu Karazakumov rəhbərlik edir.
1919-cu ildən etibarən Rəşid Yusifovun peşəkar pəhləvan fəaliyyəti başlayır. İlk əvvəl Tiflisdə gürcü pəhlivanı Berişvilini məğlub edir, daha sonra Osmanlının Mustafa Xamırçı adlı güclü pəhlivan onun dəmir iradəsi qarşısında məğlubiyyətini elan edir.
1920-ci ildə Moskva turnirlərində əldə etdiyi qələbə bu gənc oğlana "Qafqaz çempionu” titulunun verilməsinə səbəb olur. Azərbaycanlı Rəşid Tiflisdə fransız, alman pəhlivanlaının kürəyini yerə vurur.
Şöhrəti getdikcə SSSRİ-yə yayılan güləşçini 1924-cü ildə Azərbaycan rəhbəri Mir Bəşir Qasımov Bakıya dəvət edir.1925-ci ildən "Borçalı şiri” karyerasını Bakıda davam etdirir. Bu müddətdə Bakı sirkində işləyən gənc Rəşid Aşqabadda fransız güləşçi Nikolye Bredixə qalib gəlir, türkmən pəhləvan Başkirovu və rus güləşçi Şatskinin belini yerə vurur.
1933-cü ilə qədər kifayət qədər təcrübə toplayan Rəşid Yusifov daha sonra Moskva Dövlət Sirkinin truppasında çıxış etməyə, qostrol səfərlərinə başlayır. Məhz bu dövrdə məşhur rus güləşçisi İvan Poddubin ona dərslər verir.
Onun 1934-cü ildə nasist Almaniyasının bir nömrəli güləşçisi Rudolf Alberti məğlub etməsi isə şöhrətini bir qədər də artırır. Alman güləşçinin Rəşid pəhləvana məğlub olması Odolf Hitlerə məruzə edilir. Fürrer bundan bərk qəzəblənir.
1958-ci ilə qədər karyerasını davam etdirən Rəşid Yusifov sonradan peşəkar fəaliyyətini dayandırır, təqüdə çıxdıqdan sonra isə ömrünün sonuna qədər Bakıda yaşayır.
Onunla bağlı başqa bir maraqlı iddia budur ki, Azərbaycanda ilk dəfə buğa ilə açıq döyüşə çıxan da məhz Rəşid Pəhləvan olub.