"Neftçi"də yenə stabillik çatmır. Qış fasiləsindən sonra komanda 3 oyun məğlubiyyətsiz getdu. Amma ardınca "Sumqayıt" və "Araz Naxçıvan" məğlubiyyətləri gəldi. Baxımlı, azarkeşlərin gözlədiyi oyun da hələ ki yoxdu. Bojoviçi qınamaq olmur, Mutudan qalan heyətlə yola davam edir. Hiss edirsən ki, nələrsə etməyə çalışır. Amma heç olmasa ona imkan verələr. Məsələn, Bojoviç gələndən sonra Höccəti oynatmırdı. Müdafiə xətti də pis təsir bağışlamırdı, Mattiasla Tamaş bir-birini daha yaxşı başa düşürdü. Amma sonradan sanki hansısa sehirli əl yenə müdaxilə elədi və iki turdu Höccət yenidən əsas heyətdə peyda olub. "Hələlik" tamaşasında rəhmətlik Hacıbaba Bağırovun bir sözü var: "adam var qabağa çəkirlər, adam var, qabağa itələyirlər" Höccəti qabağa çəkmək üçün xüsusi bir istedadı yoxdur. Onu arxasındakı qüvvə qabağa itələyir. Zorla, məcbur şəkildə.

 

Görünür qarşıdan millinin toplanışı gəldiyi üçün kimlərsə bu futbolçunun davamlı əsas heyətdə oynamasında maraqlıdır ki, millinin toplanışına çağırılan futbolçuların siyahısına onun da adını saldıra bilsin. Yəni mən bu futbolçunun "Neftçi"nin start heyətində oynamasına futbol yönündən yanaşma tapa bilmirəm. Oturub baxsınlar, bu futbolçu "Araz Naxçıvan" və "Zirə" ilə oyunları necə keçirdi. Dünən Mattias onun zibillərini təmizləməkdən yorulmuşdu. Amma istənilən halda, həmin "sehirli əl(lər)" bu milliləşdiilmiş futbolçunu qabağa itələməyə davam edəcək. 

 

Anar XANLAROV