Dortmund "Borussiya"sının futbolçusu Erlinq Holand zədələnib.

Rekord.az Almaniya mətbuatna istinadən xəbər verir ki, o, Bundesliqanın 28-ci turunda "Bavariya" ilə görüşdə (0:1) zədə alıb.

Belə ki, o, görüşün hakimi Tobias Ştilerlə toqquşma nəticəsində sıradan çıxıb. Hakim 69-cu dəqiqədə təsadüfən 19 yaşlı hücumçunun ayağını basıb. Bundan sonra zədə alan oyunçu əvəzlənməyi istəyib.