“Səbail” Futbol Akademiyasının direktoru Yan Yaap Şmaal paytaxt klubundan ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə “dənizçilər”in rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, hollandiyalı mütəxəssis müqaviləsinin bitməsi ilə əlaqədar klubdan ayırılıb. "Səbail" Yan Yaap Şmaala gələcək karyerasında uğurlar azrulayıb, klubdakı səmərəli fəaliyyətinə görə təşəkkür edib.