Keysuki Hondanın “Neftçi”yə transferi “ağ qaralar”ı bir anda gündəm etdi. Hazırda futbol ictimaiyyəti ən çox bu transferi müzakirə edir.

Rekord.az xəbər verir ki, “Milan”ın sabiq futbolçusu Bakıya əməlli-başlı heyətlə gəlmişdi.

Yəni şəxsi meneceri, mətbuat katibi, fiziki hazırlıq üzrə məşqçisi və aşbazı ilə. Lakin əldə etdiyimiz məlumata görə, yaponiyalı futbolçunun meneceri ilə aşbazı artıq ölkəmizi tərk edib. Honda yerli mühitlə tanış olandan sonra həmin şəxslərə ehtiyac görməyib. Eyni zamanda onunla birgə ölkəmizə gələn futbolçunun qardaşı da vətəninə qayıdıb. Yalnız Hondanın fiziki hazırlıq üzrə şəxsi məşqçisi Bakıda qalıb və həmin məşqçi futbolçu ilə birgə gündəlik olaraq “Neftçi”nin məşqlərində iştirak edir.