Honda “Neftçi” də nə qədər qazanacaq.

 

Rekord.az xəbər verir ki, bununla bağlı sportinfo.az ilginc məlumat əldə edib. Hondanın pulu birbaşa “Neftçi”nin büdcəsindən ödənilməyəcək.

 

Əldə etdiyimiz məlumata görə, yaponun alacağı vəsait “SOCAR Turkey Enerji A.Ş”nin baş icraçı direktoru Zaur Qəhrəmanov tərəfindən ödəniləcək.

 

Daha doğrusu, Zaur Qəhrəmanovun şirkətlərinin biri tərəfindən. Heç şübhəsiz, həmin şirkət də dolayısı ilə SOCAR-a bağlıdır və neft məhsullarının satışı ilə məşğuldur.

Bəs Honda “Neftçi” də nə qədər qazanacaq? Yapon futbolçu meydana çıxdığı hər oyuna görə 100 min dollar alacaq. Üstəlik, hər vurulan qola görə də əlavə olaraq 10 min dollar.