Son olaraq “Neftçi”də çıxış edən yaponiyalı futbolçu Keysuke Honda özünə yeni komanda tapıb.

Rekord.az xəbər verir ki, 35 yaşlı hücumameyilli yarımmüdafiəçi bundan sonra Litvanın "Suduva" klubunda forma geyinəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Hondanın bu klubla müqaviləsinin müddəti 31 dekabrda başa çatacaq. 

Qeyd edək ki, Honda ötən mövsümün sonlarında çıxış etdiyi "Neftçi"də 7 oyuna 2 qol ilə yadda qalmış və çempion olmuşdu.