![photo](https://www.rekord.az/storage/uploads/4/honda-1.jpg)
Honda “Neftçi”də qalsa...
- 25 Mar 2021 12:00
- 1011
Məlum olduğu kimi, Keysuki Hondanın “Neftçi” ilə müqaviləsi mövsümün sonuna kimidir.
Lakin Rekord.az xəbər verir ki, yaponiyalı ulduz növbəti mövsümdə də “ağ qara” formanı geyinə bilər.
Bunun üçün onun qarşıdakı iki ayda yaxşı formada olduğunu sübut etməsi lazımdır. Əgər sübut etsə, o zaman ona yeni müqavilə təklif olunacaq. Ancaq bir məsələ də var ki, yeni müqavilə olacağı təqdirdə sabiq “Milan”lının da öz şərtləri olacaq. Həmin şərtlərdən ən birincisi daha yüksək maaş olacaq.