Honda özünə yeni klub tapdı
- 07 Noy 2019 17:41
- 876
Yaponiyalı futbolçu Keysuke Hondanın yeni iş yeri bilinib.
Rekord.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Vitess” klubu ilə müqavilə imzalayıb. Bu barədə Hollandiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Honda ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
2014-2017-ci illər aralığında “Milan”da forma geyinən Hondanın son klubu Avstraliya təmsilçisi “Melburn Viktori” olub.
Honda, bir müddət əvvəl “tvitter”də “Mançester Yunayted” və “Milan”a “mənə təklif göndərin” deyə, ismarıc yollamışdı.