Qitə birinciliyinin seçmə mərhələsində mübarizəyə başlayan qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Gürcüstanla üz-üzə gəlib. "Rekord.az" xəbər verir ki, D qrupunda yer alan komandamız ilk qarşılaşması qələbə ilə yekunlaşdırıb.

Qonaq komandaya quru hesabla qalib gələn yığmamızın heyətində ən çox fərqlənən voleybolçu Yelizaveta Ruban olub. Hücumçumuz  rəqibi 17 dəfə məyus. O, bu xallardan 14-nü hücumda, 3-nü isə blokda qazanıb.

Millimizin heyətində Odina Əliyeva 11, Olena Xarçenko 10, Marqarita Stepanenko 7, Ayşən Abduləzimova 3, Nikalina Başnakova 2 dəfə fərqləniblər.