Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban avrokubokda növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi Rumıniyanın "C.S.M. Lugoj" klubu "Challenge Cup"ın 1/8 finalında Portuqaliyanın "Kairos Ponta Delgada" kollektivi ilə qarşılaşıb. 

Cütün Portuqaliyada keçirmiş ilk görüşündə quru hesabla qalib gələn voleybolçumuzun komandası doğma meydanda da eyni uğuru təkrarlayıb. Rəqibin yenə 3:0 (25:14, 25:22, 28:26) hesabı il üstələyəb "C.S.M. Lugoj" bu qələbə ilə 1/4 final mərhələsinə yüksəlib. 

Rumıniya təmsilçisinin çətinlik çəkmədiyi qarşılaşmada yığmamızın üzvü 8 xal qazanıb. Ruban rəqibi 7 dəfə hücumda, 1 dəfə isə blokda məyus edib. 

Qeyd edək ki, "C.S.M. Lugoj"un 1/4 finaldakı rəqibi Belçikanın "Asterix Avo Beveren" klubudur.