Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunçuları hücumçumuz Yelizaveta Ruban və blokçumuz Olena Xarçenkonun formasını geyindiyi Rumıniyanın "CS Volei Alba BLAJ" klubu avrokubokda növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, voleybolçularımızın komandası CEV kubokunun 1/16 final mərhələsində Çexiyanın "VK PROSTEJOV" klubu ilə üz-üzə gəlib.
Cütün ilk qarşılaşması Rumıniya təmsilçisi üçün uğurlu alınıb. 4 hissə davam edən bu oyunda voleybolçularımızın komandası 3:1 (21:25, 25:17, 25:20, 25:21) hesabı ilə qələbə qazanıb.
Bu qarşılaşmada Ruban əvəzetmə ilə meydana çıxıb, o, 4 dəfə hücumda, bir dəfə blokda fərqlənib. Blokçumuz Xarçenko üçün isə 6 xa blokda, 4 xal hücumda, 3 xal isə eyslə qazanıb.
Qeyd edək ki, bu komandaların cavab qarşılaşması dekabrın 11-də Rumıniyada baş tutacaq.