Voleybolçu kişilər arasında "Challenge Cup"da mübarizə aparan Bakının "Murov" klubu ilk görüşünü keçirib. "Rekord.az" xəbər verir ki, koamndamız 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gəlib.


Xorvatların ev sahibi qismində baş tutan ilk görüşdə təmsilçimiz rəqibə heç bir şans verməyib və quru hesablı qələbəni bayram edib. Bakıda keçirilən oyunun ən məhsuldar oyunçusu da komandamızın Vladislav Kunçenko olub. Hücumçu Xorvatiya təmsilçisini 18 dəfə məyus edib. O, bu xallardan 17-ni hücumda, birini isə blokda qazanıb.


"Murov"un heyətində Onolbek Kanybek Uulu 13, Vüqar Bayramov 9, Dmitriy Baranov 6, Elmin Alışanov 3 dəfə fərqləniblər.