Hücumçumuz avroliqadakı oyunlar haqqında fikirlərini bölüşüb
- 30 May 2024 23:30
- 359
Qızıl Avropa Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət millimiz növbəti oyununlarını Estoniyada keçirəcək. "Rekord.az" xəbər verir ki, hücumçumuz Andrey Melnikov yarışla bağlı fikirlərini bölüşüb:
“İlk iki tur çox çətin oldu. Rəqib komandalar yüksək səviyyəli oyun göstərdilər. Bu komandalarda oyunçular uzun müddətdir bir yerdə oynayırlar və bir-birinin oyununu yaxşı bilirlər. Həmçinin bu komandalar artıq neçə illərdir ki, beynəlxalq turnirlərdə çıxış edirlər.
Qarşıdakı oyunlara gəlincə, hansısa məqsədlərdən danışmaq çətindir. Lakin biz maksimum səviyyədə çalışacağıq ki, yaxşı oyun nümayiş edək. Əlbəttə ki, qələbə ilə geri dönmək istərdik, lakin obyektiv baxmaq lazımdı, bizə çox çətin olacaq. Çünki Estoniya komandasında oyunçular həm çoxdan bir yerdə oynayır, həm də hamısı güclü klublarda çıxış edirlər. Bununla belə, biz də maksimum dərəcədə çalışacaq və qələbə üçün sonadək əlimizdən gələni edəcəyik”.