Hücumçumuz Braziliya klubunda
- 01 İyl 2021 15:37
- 937
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyevanın yeni klubunn adı bəlli olub. "Rekord.az" xəbər verir ki, təcrübəli voleybolçumuz karyerasını Braziliyada davam etdirəcək.
Yığmamızın kapitanı növbəti mövsümdə Braziliyanın "Sesi Bauru" klubunun şərəfini qoruyacaq. 31 yaşlı hücumçumuz artıq yeni klubu ilə bir illik razılığa gəlib.
Qeyd edək ki, Azərbaycan millisinin daha bir üzvü Polina Rəhimova iki mövsümdür bu klubun formasını geyinir.