Hücumçumuz Braziliya klubunda
- 21 İyn 2024 10:10
- 458
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimovanən yeni mövsümdə çıxış edəcəyi komandanın adı bəlli olub. "Rekord.az" xəbər verir ki, hücumçumuz karyerasını yenidən Braziliyada davam etdirəcək.
33 yaşlı təcrübəli voleybolçumuz Braziliyanın "Osasco Voleibol Clube" komandası ilə razılığa gəlib. O, ən azı bir il yeni klubunun uğurları üçün çalışacaq.
Bu, Rəhimovanın Braziliyada ilk çıxışı olmayacaq. Belə ki, Polina 2019/2020 və 2020/2021 illər mövsümündə "Sesi Vôlei Bauru" klubunun formasını geyinib. 2021-ci ildə bu komanda ilə Braziliya kubokunda bürünc medal qazanıb. Həmçinin burada çıxış etdiyi iki mövsümdə də ən yaxşı bombardir, ən yaxşı topu oyuna daxil edən oyunçu seçilib.