![photo](https://www.rekord.az/storage/news/2025_02_09/screenshot_2025_02_09_21_31_33_928_cominstagramandroid2_1739122425.jpg)
Hücumçumuz Braziliya kubokunun qalibi oldu
- 09 Fev 2025 21:33
- 82
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Polina Rəhimova Braziliya kubokunun qalibi olub. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Osasco" klubu finalda "Volei Bauru" ilə qarşılaşıb.
Görüş gərginliyi ilə yadda qalıb. Polina və rəfiqələri meydandan 3:1 (27:25, 16:25, 27:25, 26:24) hesablı qələbə ilə ayrılıblar. Komanda bu qələbə ilə Braziliya kubokunun sahibi olub.
"Osasco"nun bu mövsüm növbəti titulunu qazandığı görüşdə millimizin üzvü 11 xal qazanıb. Əvəzetmə ilə meydana çıxan Rəhimova 6 dəfə hücumda, 3 dəfə blokda, 2 dəfə isə eyslə fərqlənib.