Braziliyada qadın voleybolçuların çempionatında ilə yekun vurulub. "Rekord.az" xəbər verir ki, "Sesi" klubunun şərəfini qoruyan Azərbaycan millisinin üzvü Polina Rəhimova ilin ən yaxşı oyunçuları sırasında yer alıb. 

Hücumçumuz 2019-cu ili 3 titulla başa vurub. Polina bu mövsümün geridə qalan hissəsində hamıdan çox fərqlənib. O, keçirdiyi oyunlarda 234 xal qazanmaqla ən məhsuldar oyunçuların siyahısına başçılıq edir. Voleybolçumuzun ən yaxın izləyicisi Domingas Araujo 159 xal toplamaqla ikincidir.

Rəhimovanın digər uğurlu nəticəsini topu oyuna daxil edərkən qazanıb. Yığmamızın üzvü 21 eyslə bu siyhaıda da liderliyi ələ alıb. Onun ən yaxın izləyicisi Taisa Menezes 17 eyslə ikinci yerdədir.

Millimizin üzvü setlər üzrə topladığı xalların sayına görə də hamını qabaqlayıb. Rəhimova 234 xalı 42 setdə qazanmaqla müvafiq siyahıya da başçılıq edir. Onun bu göstərici 5,57 xal kimi dəyərləndirilib. İkinci yerdə olan Tandara Caixetanın xalı 5,15-dir.

Qeyd edək ki, hücumçumuzun formasını geyindiyi "Sesi" turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 11 oyunda 19 xal toplayıb.