Qadın voleybolçulardan ibarət Azərbaycan millisininü zvü Odina Əliyeva Filippin çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Chuco Mucho" 4-cü tur çərçivəsində "Chery Tiggo Crossovers" klubu ilə üz-üzə gəlib.

Görüş voleybolçumuzun komandası üçün yaxşı başlamayıb. İlk setdə uduzan Odina və rəfiqələri sonradan hesabı bərabərləşdirsələr də bundan artığına gücləri yetməyib. 4 hissə davam edən matçda "Chuco Mucho" 1:3 (27:29, 25:18, 16:20, 20:25) hesabı ilə məğlub olub.

Komandasının xalsız qaldığı görüşdə yığmamızın üzvü 21 dəfə fərqlənib. O, bu göstərici ilə komandasının heyətində ən məhsuldar oyunçu olub.