Hücumçumuz çox çalışsa da komandası qələbə qazana bilmədi
- 24 Fev 2022 16:46
- 511
Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən iki üzvü də meydana çıxıb.
Hücumçumuz Yeizaveta Ruban və blokçumuz Olen Xarçenkonun formasını geyindiyi "Bolu BLD" 20-ci turda "THY" klubunu qəbul edib. Görüş voleybolçularımızn komandası üçün uğursuz alınıb. 3 hissə davam edən matçda meydan sahibləri quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (16:25, 17:25, 19:25).
"Bolu BLD"nin xalsız qaldığı qarşılaşmada Liza 9 xal qazanmaqla komandasının ən məhsuldar oyunçusu olub. O, qonaqları 8 dəfə hücumda, 3 dəfə isə blokda məyus edib. Olena isə əvəzetmə ilə oynayıb. Blokçumuz meydanda olduğu müddətdə bir dəfə hücumda fərqlənib.