Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Yekaterina Jidkova Türkiyə çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Nilufer BLD" 3-cü turda "Aydın B.şehir BLD" klubunu qəbul edib.

Doğma meydanda baş tutan görüş "Nilufer" üçün uğursuz alınıb. Hücumçumuzun komandası 3 hissə davam edən matçda quru hesablı məğlubiyyətə üzülüb - 0: 3 (18:25, 20:25, 20:25).

"Nilufer"in xalsız qaldığı qarşılaşmada Jidkova 20 dəfə fərqlənib. O, bu göstərici ilə komandasının heyətində ən məhsuldar oyunçu olub. Yığmamızın üzvü bu xallardan 18-ni hücumda, 1-ni blokda, 1-ni isə eyslə qazanıb.