Hücumçumuz "Fənərbaxça" ilə oyunda çox çalışsa da, komandası uduzdu
- 18 Noy 2019 16:14
- 1017
Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Yekaterina Jidkovanın şərəfini quruduğu "Nilufer BLD" 9-cu tur çərçivəsində "Fənərbaxça"nın qonağı olub.
Səfərdə baş tutan görüş hücumçumuzun komandası üçün uğursuz alınıb. 3 set davam edən matçda Katerina və rəfiqələri quru hesablı məğlubiyyətə üzülüblər - 0:3 (16:25, 22:25, 21:25).
Komandasının xalsız qaldığı oyunda yığmamızın üzvü 12 dəfə fərqlənib. Jidkova bu xallardan 11-ni hücumda, 1-ni isə blokda qazanıb.