voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyeva Filippin çempionatında ilk oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Choco Mucho Flying Titans" klubu 1-ci turda "Petro Gazz Angels"lə üz-üzə gəlib. 

Səfərdə baş tutan görüş 3 set davam etsə də, gərgin keçib. Təcrübəli voleybolçumuzun komandası çox çalışsa da meydan sahiblərinə quru hesabla uduzub - 0:3 (25:27, 22:25, 26:28). 

Komandasının xalsız qaldığı görüşdə yığmamızın üzvü 26 dəfə fərqlənib. Əliyeva bu göstərici ilə qarşılaşmanın ən məhsuldar oyunçusu olub.