Azərbaycanın kişi voleybolçulardan ibarət yığma komandanın üzvü Andrey Vasilenkonun yeni klubunun adı bəlli olub. "Rekord.az" xəbər verir ki, hücumçumuz 2022/23 illər mövsümündə karyerasını İsraildə davam etdirəcək.

Təcrübəli voleybolçumuz bu ölkənin "Hapoel Kfar Saba" kollektivi ilə razılığa gəlib. Vasilenko ən azı bir il İsrail təmsilçisinin uğurları üçün çalışacaq.