Hücumçumuz komandasına qələbə qazandırdı
- 10:17
- 31
Rumıniyada qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvləri Yelizaveta Ruban və Olena Xarçenkonun formasını geyindiyi "CSM Volei Alba-Blaj" 18-ci turda "CS Dinamo Bucuresti" klubunu qəbul edib.
Doğma meydanda baş tutan görüş təmsilçilərimizin komandası üçün uğurlu alınıb. Meydan sahibləri 3 hissə davam edən matçda quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:16, 28:26, 25:16).
"CSM Volei Alba-Blaj"ın növbəti xallarını qazandığı oyunda yığmamızın hücumçusu Ruban 17 dəfə fərqlənməklə qarşılaşmanın ən məhsuldar oyunçusu olub. O, bu xallardan 14-nü hücumda, 2-ni blokda, 1-ni isə eyslə qazanıb. Blokçumuz Xarçenko isə bu görüşdə meydana çıxmayıb.
Qeyd edək ki, xallarının sayını "CSM Volei Alba-Blaj" 45-ə çatdıran turnir cədvəlinə liderlik edir.