Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Marqarita Stepanenko Macarıstan birinciliyində növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Bekescsaba" 3-cü turda "UTE" klubunu qonaq edib.

Görüş voleybolçumuzun komandasının tam üstünlüyü ilə keçib. Doğma meydanda rəqibə heç bir şans verməyən Rita və rəfiqələri quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:13, 25:14, 25:20).

Komandasının çətinlik çəkmədiyi matçda millimizin üzvü 20 xal qazanmaqla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Stepanenko qonaqları 15 dəfə hücumda, 4 dəfə eyslə, 1 dəfə isə blokda məyus edib.