Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Nikalina Başnakova Macarıstanda növbəti görüşünü keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "MCM-Diamant" 11-ci turda "DVTK" klubu ilə üz-üzə gəlib.

Səfərdə  baş tutan görüş voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. 3 hissə davam edən oyunda Başnakova və rəqələri quru hesablı qələbəyə seviniblər - 3:0 (25:15, 25:14, 25:21).

Komandasının  çətinlik çəkmədən qalib gəldiyi matçda millimizin üzvü 14 dəfə fərqlənməklə qarşılaşmanın iki ən məhsuldar oyunçusundan biri olub. O, meydan sahiblərini 12 dəfə hücumda, 1 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.