Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "CSM Lugoj" 12-ci tur çərçivəsində "CSM Bucuresti" klubunun qonağı olub.

Səfər görüşü voleybolçumuzun komandası üçün uğurlu alınıb. İlk setdən təşəbbüsü ələ alan "CSM Lugoj" meydan sahiblərinə heç bir şans verməyib. 3 hissə davam edən matçda Liza və rəfiqələri quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:18, 25:12, 25:17). 

Komandasının çətinlik çəkmədiyi görüşdə yığmamızın üzvü 12 dəfə fərqlənməklə qarşılaşmanın ikinci ən məhsuldar oyunçusu olub. Ruban bu xallardan 10-nu hücumda, 2-ni isə eyslə qazanıb.

Qeyd edək ki, hesabın 25 xalı olan "CSM Lugoj" hazırda turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.