Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Yekaterina Jidkova Türkiyə çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Nilufer BLD" 10-cu turda "Karayolları" klubu ilə üz-üzə gəlib.

Bursada baş tutan oyun gərginliyi ilə yadda qalıb. 5 hissə davam edən matçda voleybolçumuzun komandası doğma azarkeşlər önündə 3:2 (25:20, 22:25, 30:28, 21:25, 15:10) hesabı ilə qələbə qazanıb.

Komandasının meydandan qələbə ilə ayrıldığı qarşılaşmada yığmamızın üzvü 27 xal qazanıb. Jidkova qonaqları 26 dəfə hücumda, 1 dəfə isə topu oyuna daxil edərkən məyus edib.