Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "CSM Volei Alba-Blaj" klubu 9-cu turda "CSM Lugoj"la qarşılaşıb. 

Doğma meydandabaş tutan görüş voleybolçumuzun komandası üçün pis başlayıb və ev sahibləri 0:2 hesabı ilə geri düşüblər. Lakin bundan sonra "CSM Volei Alba-Blaj" üstünlüyü ələ ala bilib və ardıcıl üç setdə qalib gəlib. Möhtəşəm geridönüş edən Liza və rəfiqələri bu matçda 3:2 (22:25, 25:27, 25:23, 25:18, 15:11) hesabı ilə qalib gəliblər.

Komandasının qələbəni əldən vermədiyi oyunda yığmamızın üzvü 16 xal qazanıb. Ruban rəqibi 15 dəfə hücumda, 1 dəfə isə eyslə məyus edib. Eyni klubda çıxış edən digər oyunçumuz Olena Xarçenko meydana çıxmayıb. 

Qeyd edək ki, 9 oyunun hamısında qələbə qazanan  "CSM Volei Alba-Blaj" 25 xalla turnir cədvəlinə liderlik edir.