Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakova Macarıstan çempionatının bürünc medalına sahib çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Szent Benedek" üçüncülük uğrunda "Fatum" klubu ilə qarşılaşıb.

Reqlamentə əsasən bürünc medal qazanmaq üçün tərəflərə 3 qələbə lazım idi. Cütün ilk üç oyununda "Szent Benedek" iki, rəqib isə bir dəfə qalib gəlmişdi. Növbəti oyun isə sonuncu olub. Gərginliyi ilə yadda qalan bu matçda Nikalina və rəfiqələri 3:2 (18:25, 25:19, 23:25, 25:16, 15:12) hesablı qələbə qazanıblar. Bununla da voleybolçumuzun komandası Macarıstan çempionatının bürünc medalına sahib çıxıb.

Komandasının üçüncü yeri rəsmiləşdirdiyi matçda yığmamızın üzvü 17 dəfə fərqlənib. Başnakova bu xallardan 12-ni hücumda, 3-nü blokda, 2-ni isə eyslə qazanıb