Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Marqarita Stepanenkonun növbəti mövsümdə çıxış edəcəyi komandanın adı bəlli olub. "Rekord.az" xəbər verir ki, hücumçumuz karyerasını Macarıstanda davam etdirəcək. 

30 yaşlı voleybolçumuz Macarıstanın "Bekescsaba" klubunun formasını geyinəcək. O, ən azı bir il yeni komandasının uğurları üçün çalışacaq.

Qeyd edək ki, millimizin kapitanı Ayşən Abduləzimova da Macaristanda çıxış edəcək. Artıq bir neçə mövsümdür ki, forma geyinən blokçumuz komandası "Vasas"la bir neçə çempionluq yaşayıb