Hücumçumuz Macarıstan kuboku uğrunda mübarizəni dayandırdı
- 18 Dek 2022 20:06
- 435
Macarıstanda qadın voleybolçular arasında kubokun növbəti oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan yığmasının üzvü Nikalina Başnakovanın şərəfini qoruduğu "Szent Benedek" 1/4 finalda "KNRC" klubu ilə cavab görüşünə çıxıb.
İlk qarşılaşmada məğlub olan voleybolçumuzun komandası cavab oyununda mütləq qələbə qazanmalı idi. Nika və rəfiqələri doğma meydanda keçirdikləri bu matçda lazımi nəticəni göstərə biliblər. 3 set davam edən oyunda "Szent Benedek " quru hesablı (3:0, 25:22, 25:19, 25:18) qələbə qazanmaqla ümumi hesabı tarazlaşdırıb. Növbəti mərhələyə yüksələn komandanın adına isə Qızıl setdə aydınlıq gəlib. Gərgin keçən həlledici hissədə hücumçumuzun komandası 13:15 hesabı ilə uduzub və mübarizəni 1/4 finalda dayandırıb.
"Szent Benedek"in kubokla vidalaşdığı görüşdə yığmamızın üzvü 15 dəfə fərqlənib. Başnakova bu xallardan 14-nü hücumda, 1-ni isə blokda qazanıb