Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nikolina Boşnakova Macarıstan birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "MCM Diamant Kaposvar" 12-ci turda "UTE" klubunu qəbul edib. 

Görü. voleybolçumuzun komnadası üçün uğurlu başlayıb. İlk setdə qalib gələn Nikolina və rəfiqələri üstünlüklərini sonadək qoruyublar. 3 hissə davam edən qarşılaşmada "MCM Diamant" quru hesablı qələbəyə sevinib - 3:0 (25:20, 25:22, 25:21).

Komandasının çətinlik çəkmədən qalib gəldiyi matçda yığmamızın üzvü 8 xal qazanıb. O, qonaqları 6 dəfə hücumda, 1 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.