Azərbaycanın kişilərdən ibarət "Murov" voleybol klubu avrokubokda növbəti mərhələyə adlayıb. "Rekord.az" xəbər verir ki, "Challenge Cup"da mübarizə aparan komandamız 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" klubu ilə üz-üzə gəlib. Hər iki görüşdə qələbə qazanan Bakı təmsilçisi adını 1/16 finala yazdırıb.

Komandamızın mərhələ adlamasını rəsmiləşdirən bu görüşdə hücumçumuz Vlasidlav Kunçenko 21 xal qazanmaqla qarşılaşmaın ən məhsuldar oyunçusu olub. Voleybolçumuz hücumda 20 dəfə, blokda isə 1 dəfə fərqlənib.

"Murov"un heyətində Onolbek Kanybek Uulu 18, Vüqar Bayramov 13, Dmitri Baranov 7, Amirmehdi Ablou 2, Denis Yeşenko 2, Vitali Parxomenko 1, Elmin Alışanov 1, Yusif Bünyatov 1 dəfə fərqləniblər.