Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nikolina Boşnakova Macarıstanda növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "MCM Diamant" 13-cü tur çərçivəsində "Bekescsaba" klubu ilə üz-üzə gəlib.

Görüş voleybolçumuzun komandası üçün uğursuz alınıb. Nikolina və rəfiqələri yalnız bir set qazana bilib. 4 hissə davam etmiş matçda hücumçumuzun komandası 1:3 (14:25, 23:25, 25:18, 15:25) hesabı ilə uduzub.

Komandasının xalsız qaldığı qarşılaşmada voleybolçumuz 10 xal qazanıb. O, 9 dəfə hücumda, 1 dəfə isə blokda fərqlənib.