Hücumçumuz Polşada ilə qələbəylə başladı
- 10 Yan 2023 10:32
- 546
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Polşa çempionatında mübarizəyə qələbə ilə başlayıb. "Rekord.az" xəbər verir ki, mövsümün ikinci yarısında Polşanın "Radomka" klubuna transfer olunan hücumçumuz ilk oyununa çıxıb.
Voleybolçumuzun komandası 10-cu turda "Legionovia Legionowo" klubu ilə qarşılaşıb. Rəqib meydanında baş tutan görüş Rita və rəfiqələri üçün uğurlu alınıb. 3 set davam edən matçda "Radomka" quru hesablı qələbəni bayram edib - 3: (25:14, 25:14, 25:21).
Komandasının hesabına növbəti xallarını yazdırdığı oyunda yığmamızın üzvü 9 dəfə fərqlənib. Stepanenko bu xallardan 8-ni hücumda, 1-ni isə blokda qazanıb.