Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova daha bir il legioner həyatı yaşayacaq. "Rekord.az" xəbər verir ki, hücumçumuz 2020/2021 illər mövsümündə Belarusun "Minçanka" klubunda çıxış edəcək.

Əzizova yeni komandasının rəsmi saytına açıqlamasında bu transferdən məmnunluğunu bildirib: "Bu komandaya keçdiyimə görə çox şadam. Klub haqqında çox xoş sözlər eşitmişəm. Super Liqanı da izləyirdim, maraqlı komandadır. Həmçinin, həmişə Rusiya çempionatında oynamaq istəmişəm".

Qeyd edək ki, "Minçanka" son mövsümü Rusiya çempionatında mübarizə aparıb. Əzizova isə son mövsümdə Polşanın "Radomka" klubunda forma geyinib. Veybolcumuz kapitanı oldugu bu komandada uğurlu çıxışı ilə yadda qalıb və Polşa birinciliyinin ən yaxşı oyunçuları sırasında yer alır. Koronovirus səbəbindən digər çempionatlar kimi Polşa liqası da yarımçıq dayandırılıb və Rita bir müddət əvvəl  vətənə dönüb.