Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi qitə birincliyinin seçmə məthələsi çərçivəsində 3-cü oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, D qrupunda yer alan komandamız Avstriya ilə qarşılaşıb və quru hesabla qalib gəlib. 

Doğma azarkeşlər önündə çətinlik çəkmədən qələbə qazanan yığmamızın heyətində ən çox fərqlənən oyunçu Yelizaveta Ruban olub. Hücumçumuz 13 xal qazanıb. Liza qonaqları 11 dəfə hücumda, 2 dəfə isə blokda məyus edib. 

Millimizin heyətində Marqarita Stepanenko 12, Olena Xarçenko 12, Ayşən Abduləzimova 11, Odina Əliyeva 7, Kristina Besman 2 xal qazanıblar.