Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Səmədova Rusiya klubundan vaxtından əvvəl ayrılıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun bu addımı bütün dünyada yayılan koronavirusla bağlıdır. 

Koronavirusun qarşısının alınması məqsədilə vətəndaşların hərəkətinə məhdudiyyət qoyulduğu üçün, eləcə də xarici dövlətlər tərəfindən həyata keçirilən tədbirlərlə bağlı voleybolçumuz Sankt-Peterburqu tərk edib. Bu, klub rəhbərliyi ilə qarşılıqlı razılıq əsasında baş verib.