Hücumçumuz Türkiyə çempionatında ilk oyununda məğlub oldu
- 15 Okt 2019 12:11
- 927
Qadın voleybolçulardan ibarət Azərbaycan millisini üzvü Yekaterina Jidkova Türkiyə çempionatında ilk oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Nilüfer BLD" 1-ci turda "Qalatasaray"la üz-üzə gəlib.
Doğma meydanda baş tutan görüş voleybolçumuzun komandası üçün uğursuz alınıb. "Nilüfer BLD" birinci set qələbə qazansa da, 4 hissə davam edən qarşılaşmada Jidkova və rəfiqələri 1:3 (25:22 20:25 12:25 21:25) hesabılı məğlubiyyətlə barışmalı olublar.
Komandasının çempionata məğlubiyyətlə başladığı oyunda millimizin üzvü 11 dəfə fərqlənib. Jidkova bu xallardan 10-nu hücumda, 1-ni isə blokda qazanıb.